06.05.2018-ci il tarixdə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə məskunlaşan Ağdam rayonunun Çullu kənd sakini Əkbərov Niyaməddin Əlövsət oğluna məxsus 4 otaqlı yaşayış evində yanğın hadisəsi baş vermişdir. Hadisə zamanı xoşbəxtlikdən evdə heç kim olmayıb. Gəncə şəhəri Kəpəz, Nizami rayonlarının və Göygöl rayonunun Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Ancaq buna qədər sakinlər yanğının digər otaqlara keçməsinin qarşısını ala biliblər. Yanğının elektirik qısaqapanmasından baş verdiyi deyilir.
Qəsəbədə yanğın hadisənin sayı getdikcə artır. Sakinlər isə şikayətlərində bildirirlər ki, məsafə uzaq olduğu üçün Fövqəladə Halar Nazirliyinin əməkdaşları hadisə yerinə gec gəlirlər. Qəsəbədə Yanğından Mühafizə Hissəsinin binası olduğu halda fəaliyyət göstərməməsindən narazılıq edirlər. İnanırıq ki, sakinlərin bu haqlı şikayəti tezliklə öz həllini tapacaqdır.